“Эхо” qəzetinin səhifələrində Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya Fondunun müdiri, t.ü.f.d. Nasir Quluzadədən müsahibə dərc olunmuşdur.
Müxbir A.Usanovanın suallarını cavablandıran N.Quluzadə Muzeyin zəngin arxeoloji kolleksiyasının yaranması tarixindən, arxeologiya Fondunun qarşısında dayanan vəzifələr, bu vəzifələrin icrası üçün Muzeydə yaradılmış şərait barədə məlumat vermişdir. O, həmçinin Azərbaycanda son zamanlar genişlənən arxeoloji araşdırmalar barədə danışmış, Azərbaycan tarixinin yeni-yenin materiallarla zənginləşdirməsində onların əhəmiyyətini vurğulamışdır.
Müsahibə ilə “Эхо” qəzetinin 27.04.2013-cü il nömrəsində və saytımızın “Muzey KİV-də” bölümündə tanış olmaq olar.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.