Aprelin 30-da Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Milli Azərbaycan Tarixi Muzeyi və Yeni Azərbaycan Partiyası ilk ərazi təşkilatının birgə səyləri ilə təşkil olunan tədbirdə Millət vəkili Musa Qasımov, Yeni Azərbaycan Partiyasının Səbayıl təşkilatının sədri Zahid Qaralovun rəhbərliyi ilə partiyanın fəalları, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Səlahəddin Xəlilov, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru professor İlham Məmmədzadə, Bakı Dövlət Universitetinin Qafqaz xalqları kafedrasının müdiri, tarix elmləri doktoru, professor İradə Hüseynova, YAP Səbayıl rayon qadınlar məclisinin sədri professor Nübar Muxtarova, H.Cavid ev-muzeyinin direktoru Gülbəniz Babaxanlı, Nizami adına Ədəbiyyat Muzeyinin əməkdaşları, respublikanın tanınmış tarixiçi, arxeoloq, etnoqraf və şərqşünas alimləri iştirak etdilər.
Muzeyin konfrans zalında gün ərzində ulu öndərə həsr olunmuş sənədli filmlər nümayiş olunmuş və mahnılar səsləndirilmişdir.
Muzeyin Konfrans zalında Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən kitab, broşür və jurnalların sərgisi təşkil olunmuşdur.
Qonaqları salamlayan Muzeyin direktoru, akademik Nailə Vəlixanlı 70-80-ci illərdə və müstəqillik dövründə ümummilli liderin respublikada elm və mədəniyyətə göstərdiyi qayğıdan danışmış, onun Milli Azərbaycan Tarixi Muzeyinə dəfələrlə gəlməsi, muzeyin inkişafına verdiyi töhfələri barədə danışmışdır.
Konfrans zalındakı ekranlarda “Heydər Əliyev - mədəniyyətin hamisi” adlı film, “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev” və “Heydər Əliyev və muzeylərimiz” adlı slayd-filmlər nümayiş olunmuşdur.
Yeni Azərbaycan Partiyası Səbayıl rayon təşkilatının sədri Zahid Qaralov özünün yenicə çapdan çıxmış “Heydər Əliyevin elmi irsi” adlı iki cildlik kitabını tədbir iştirakçılarına təqdim edilərək, ulu öndərin elmi irsinin öyrənilməsinin vacibliyi qeyd etmişdir. O, gənc nəsil tərəfindən Vətənə xidmətin Heydər Əliyev məktəbini dərk olunması vacibliyini vurğulamışdır.
Millət vəkili Musa Qasımov çıxış edərək Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsini ölkəmizin XX əsr taleyinin ən uğurlu hadisəsi kimi qiymətləndirərək, XXI əsrdə respublikanın sürətlə inkişafını məhz ulu öndərin uzaqgörənliklə başladığı siyasi kursun həyata keçirilməsinin nəticəsi kimi dəyərləndirmişdir.
Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, fəlsəfə üzrə elmlər doktoru Səlahəddin Xəlilov Heydər Əliyevin Azərbaycan milli dövlətçiliyinin formalaşmasında, ölkənin suverenliyi, ərazi bütövlüyü, dünya birliyinə inteqrasiyası, iqtisadi inkişafı naminə cari və uzunmüddətli layihələrin işlənib hazırlanması və həyata keçirilməsində misilsiz xidmətlərindən ətraflı söhbət açmışdır.
Tədbirdə həmçinin Bakı Dövlət Universitetinin Qafqaz xalqları kafedrasının müdiri, tarix elmləri doktoru, professor İradə Hüseynova, YAP Səbayıl rayon qadınlar məclisinin sədri professor Nübar Muxtarova, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru professor İlham Məmmədzadə və digər natiqlər çıxış etmiş, Heydər Əliyevin örnək ola biləcək həyatı və fəaliyyəti barədə danışmışlar.
Tədbirin bədii hissəsində Azərbaycan uşaq və gənclərin Şülh şəbəkəsi üzvlərinin ifasında H.Əliyevə həsr olunmuş şer və mahnılardan ibarət bədii kompozisiya nümayiş olunmuşdur. Nigar İbrahimova ulu öndərə həsr olunmuş şerlər söylədi.
Daha sonra Azərbaycan Respublikası Silahlı Qüvvələri Təlim-Tədris Mərkəzinin solisti Cəlal Kərimovun ifasında vətənə, Azərbaycan bayrağına və Heydər Əliyevə həsr olunmuş mahnılar səslənmişdir.
Sonda Azərbaycan Milli Konservatoriyasının müəllimi, Azərbaycan Respublikasının Əməkdar artisti Fəridə Məlikovanın, Konservatoriyanın baş müəllimi Elçin Nağıyevin, beynəlxalq müsabiqələrin qalibi Ariz Hüseynov, Konservatoriyanın 1-ci kurs tələbəsi, Zümrüd Məmmədova tərəfindən muğam nömrələri ifa etmişlər.
Tədbirdən çəkilən fotoşəkilərlə saytın “Fotogalereya” bölümündə tanış olmaq olar.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.