XƏBƏRLƏR
01 May, 2013
Muzeyin direktoru, akademik Nailə Vəlixanlı “Heydər Əliyev və muzeylərimiz” mövzusunda konfransda iştirak etmişdir
Aprelin 30-da Muzey Mərkəzində “Heydər Əliyev və muzeylərimiz” mövzusunda keçirilmiş konfransda Muzeyin direktoru, akademik Nailə Vəlixanlı iştirak etmişdir. AzərTAc xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzinin təşkil etdiyi tədbir ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuşdur.
Əvvəlcə ulu öndər Heydər Əliyevin Azərbaycanın muzey işi sahəsində gördüyü işləri əks etdirən fotoşəkillərdən ibarət videoçarx nümayiş etdirilmişdir. Tədbirdə mədəniyyət və turizm nazirini müavini Sevda Məmmədəliyeva, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı və başqaları çıxış edərək ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanın inkişafı naminə gördüyü misilsiz işlərdən söz açmışlar. Bildirilmişdir ki, Azərbaycan xalqının tarixində xalqın taleyüklü məsələlərinin həllində müstəsna xidmətlər göstərmiş şəxsiyyətlər, görkəmli siyasət və dövlət xadimləri çox olmuşdur. Onlar gördükləri böyük işləri və əməlləri ilə yadda qalmışlar. Belə tarixi şəxsiyyətlər sırasında Azərbaycan xalqının böyük oğlu, Ümummilli Lider adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin adı ön sırada durur. Dünyanın sayca çox az ölkələrində dövlət xadimləri ümummilli lider səviyyəsinə yüksəlmişlər. Ulu öndər Heydər Əliyev milli liderliklə siyasi liderlik keyfiyyətlərini ehtiva etməklə, fəaliyyət göstərdiyi bütün sahələrdə özünü əsl lider kimi təsdiq etmişdir. Bu dahi insan tarixi yazan və yaradan, onu ölkənin, xalqın mənafeyinə yönəltməyi bacaran nadir şəxsiyyətlərdən idi. Diqqətə çatdırılmışdır ki, Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkəmizdə tanınıb, seçilən qələm adamlarının ev-muzeyləri açılmış, onların xatirəsinin əbədiləşməsi istiqamətində mühüm işlər görülmüşdür. Qeyd edilmişdir ki, ümummilli lider Heydər Əliyev elmin, təhsilin inkişafına daim xüsusi diqqət ayırmışdır. O, hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycan xalqının xoşbəxt gələcəyi haqqında düşünərək, ölkədə intellektual potensialın formalaşması üçün bilikli kadrların hazırlanmasına şərait yaratmışdır. Məhz həmin uğurlu siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual potensial formalaşmışdır. Bu siyasət hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Konfransda “Heydər Əliyev və muzeylərimiz” mövzusunda məruzə dinlənilmişdir. Məruzədə Ulu Öndərin Azərbaycan mədəniyyətinin, incəsənətinin qorunması, inkişafı və gələcək nəsillərə çatdırılması istiqamətində gördüyü böyük işlərdən söz açılmışdır. Sonra məruzə ətrafında çıxışlar olmuşdur.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...