XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
06 May, 2013
Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş sərgi və muzey işçilərinin respublika müşavirəsi keçiriləcək

İncəsənət muzeyiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında" Sərəncamına əsasən 7 may 2013-cü il tarixində saat 12:00-da Azərbaycan Milli İncəsənət Muzeyinin ekspozisiya zalında


"Heydər Əliyev və sənət müasirləri" adlı sərginin açılış mərasimi təşkil ediləcək. Eyni zamanda "Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizinə dair xüsusi tədbirlər planının icrası vəziyyətinin müzakirəsi məqsədilə muzey işçilərinin respublika müşavirəsi keçiriləcək.