XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
06 May, 2013
Tarixçi alimin AMEA-nın Mərkəzi Elmi Kitabxanasında saxlanılan şəxsi kitabxanasının kataloqu çapdan çıxmışdır

Yevgeni PaxomovTarixçi, numizmat alim, arxeoloq, tarix elmləri doktoru Yevgeni Paxomovun AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) saxlanılan şəxsi kitabxanasının kataloqu çapdan çıxmışdır.


MEK-dən AzərTAc-a bildirmişlər ki, Y. Paxomovun şəxsi kitab kolleksiyasına daxil olan elmi mənbələrin miqdarına görə 4 min 274 adda ədəbiyyat Mərkəzi Elmi Kitabxananın ən iri kolleksiyalarından biridir və başqa nadir, qiymətli nəşrlərlə bərabər kitabxananın nadir nəşrlər fondunda qorunub saxlanılır. Kataloqa monoqrafiyalar, ayrı-ayrı ottisklər, ensiklopedik və dövri mətbuat nəşrləri daxil edilmişdir. Bütün ədəbiyyat kitabxana-biblioqrafiya təsnifatı cədvəlinə müvafiq olaraq qruplaşdırılmışdır.