XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
06 May, 2013
Muzeyə xarici vətəndaşın hədiyyəsi

bolqar xalq-tətbiqi sənət  nümunələriBolqarıstan Respublikasının vətəndaşı Yevqeniya Petkova- Paşeva Milli Azərbaycan Tarixi Muzeyinə bolqar xalq-tətbiqi sənət nümunəsi olan keramika və ağac nimçələr hədiyyə etmişdir.


Muzeydə qonaq qismində olan Y. Petkova- Paşeva Azərbaycan xalqının qədim tarixi və zəngin mədəniyyətinin nümayiş olunan ekspozisiyadan böyük təəsürat aldığını bildirmişdir. O, Muzeyə “Bolqarıstanda qış fəsli”, “Bolqarıstanda yay fəsli” adlı keramik nimçələr, “Bolqar bayram rəqsi” ağac nimçə hədiyyə etmişdir. Muzeydə bolqar xalqının sənət nümunələrinin olmasını arzulayan bolqar vətəndaşının hədiyyələri Muzeyin Hədiyyələr və Xatirə əşyaları fonduna verilmişdir.