XƏBƏRLƏR
20 Dekabr, 2020
Muzey əməkdaşının Səbayıl qalası haqqında yeni kitabı dərc olunub
Bütün Azərbaycan xalqının möhtəşəm Qələbənin – Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxladığı torpaqların azad edilməsinin qeyd olunması şəraitində müəllifi Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, t.ü.f.d., dosent Səbuhi Əhmədov olan yeni tarixi kitab hazırlanmışdır və oxucuların diqqətinə təqdim edilir.
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən “Şirvanşahlar dövlətinin abidələri” layihəsi çərçivəsində dərc olunmuş yeni kitab Azərbaycanın ən sirli abidələrindən birinə - Səbayıl qalasına həsr olunub (Əhmədov S. “Səbayıl”. Bakı, 2020, 180 s.). Elmi redaktoru akademik Nailə xanım Vəlixanlı olan kitab iki dildə - Azərbaycan və ingilis dillərində hazırlanıb.
Kitabın müəllifi tarix üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədov oxuculara Azərbaycan tarixinin müxtəlif səhifələrinə həsr olunmuş kitabları ilə tanışdır. Yeni kitabın İçərişəhər Muzey Mərkəzinin direktoru Əminə Məlikovanın təşəbbüsü ilə Səbayıl qalasına həsr olunması təsadüfi deyil. Belə ki, yaranma məqsədi və təyinatı haqqında müxtəlif fikirlər söylənilən abidələr sırasında xüsusi yeri “Səbayıl qalası” tutur. “Bayıl qəsri” “Şəhri-yunan”, “Batmış şəhər” kimi müxtəlif adlarla tanınan bu abidə nadir abidəmizidir ki, onu bəzəyən daş frizli lövhələr demək olar ki, bütünlüklə (700-ə yaxın!) kompleks şəkildə saxlanılmış, respublikadan kənara aparılmamışdır. Bakı buxtasında, sal qayalıq üzərində inşa edilmiş bu abidə Xəzər dənizinin səviyyəsinin artıb – azalmasından asılı olaraq, gah suyun üzərinə çıxır, gah da kı, sulara qərq olur.
Maraqlıdır ki, Bayıl qəsri ilə bağlı çoxsaylı yazılar olsa da, indiyədək ona həsr edilmiş kompleks elmi-tədqiqat işi yoxdur.
Bunun səbəbi ilk növbədə mənbə və ədəbiyyatın müxtəlif xarakterli olması ilə bağlıdır. İlk dəfə olaraq Səbuhi Əhmədov bu məsuliyyətli işin həllinə çalışmış, oxucuya təqdim etdiyi kitabı yazarkən geoloji, arxeoloji, tarixi ədəbiyyata, memarlıq, sənətşünaslıq xarakterli əsərlərə müraciət etmiş, onları kompleks şəkildə təhlil etmişdir. Məhz bütün materialları toplayaraq o, qəsrin tarixi, inşa xüsusiyyətləri, təyinatı, suda batıb- üzə çıxması dövrləri, onun tədqiqi tarixi ilə bağlı suallara ətraflı cavab verməyə çalışmışdır.
Beş fəsildən ibarət olan kitab xronoloji ardıcıllıq prinsipi ilə qurulub. Nəticədə oxucu Bakı buxtasında və Səbayıl adasında baş vermiş hadisələri, ən qədim dövrlərdən XXI əsrin əvvəllərinədək burada baş vermiş prosesləri sanki öz gözləri ilə görür. Adadakı qala ilə bağlı bütün fərziyyələri araşdıran, onların üstün və zəif cəhətlərini göstərən müəllif oxucunu Azərbaycan tarixinin bu sirli abidəsi ilə baqlı öz mövqeyini formalaşdırmağa çağırır.
Kitabın əhəmiyyəti, həmçinin, onun foto və illüstrasiyaları ilə bağlıdır. Müəllif qəsrlə bağlı çoxlu sayda xəritə, sxem, rəsm, fotoşəkillər vermişdir ki, onlar qəsrin tarixini, bədii-memarlıq xüsusiyyətlərini əyani olaraq nümayiş etdirir. Kitabdakı rəsmlərin müəllifi Muzeyin əməkdaşı Əjdər Qafarovdur.
Oxuculara təqdim edilən bu kitab, Bakı buxtasında yüzilliklərdən bəri özünəməxsus yeri olan, müəmmalı abidə - Bayıl qəsri ilə bağlı bir çox sirləri açmağa kömək edəcək, həm öz oxucularımız, həm də xarici turistlər, tədqiqatçılar və geniş oxucu kütləsinə maraqlı olacaqdır.
Kitabla maraqlananlar "Içərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə müraciət edə bilərlər (əlaqə telefonu: (012) 437 16 91).
Muzeyin “Böyük Zəfərin Qəhrəmanları” adlı yeni kataloqunun təqdimatı olub
Martın 18-də Milli Azərbaycan Tarixi Muzeyində “Böyük Zəfərin Qəhrəmanları” adlı yeni kataloqun təqdimatı keçirilib. Tədbirdə Vətən Müharibəsi şəhidlə...
Muzeyin 105 illiyinə həsr olunmuş konfransın materialları təqdim olunur
2025-ci il dekabrın 2–3-də Milli Azərbaycan Tarixi Muzeyində keçirilmiş və muzeyin 105 illiyinə həsr olunmuş “Tarixin öyrənilməsinin və tədrisinin akt...
Muzeyin 105 illiyinə həsr olunmuş konfransın materiallarını təqdim edirik
Ətraflı keçiddə...
Muzeyin yeni kataloqu işıq üzü görüb
Milli Azərbaycan Tarixi Muzeyinin “Böyük Zəfərin Qəhrəmanları” adlı yeni kataloqu (Bakı: "Aspoliqraf", 2025, s.240) işıq üzü görüb. Muzeyin elmi işlər...
Muzeyin yeni kataloqu işıq üzü görüb
Milli Azərbaycan Tarixi Muzeyinin yeni nəşri – Azərbaycanın tanınmış kimyaçı alimi, akademik Yusif Məmmədəliyevin anadan olma...
Muzeyin direktoru, akademik Nailə Vəlixanlının yeni monoqrafiyası nəşr olunub
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlının rus dilində “Zəngəzurun VII–XII əsrlər tarixindən” adlı yeni monoqrafiyası nə...
Muzeyin kolleksiyası əsasında “Qarabağın görkəmli ziyalıları” adlı yeni kitab-albom işıq üzü görüb
Milli Azərbaycan Tarixi Muzeyinin dəyərli kolleksiyası əsasında hazırlanmış “Qarabağın görkəmli ziyalıları” adlı yeni kitab-albom işıq üzü görüb (Bakı...
“Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunun çini kolleksiyası” adlı yeni kataloq işıq üzü görüb
"Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunun çini kolleksiyası" adlı yeni kataloqun (Bakı: "Aspoliqraf", 2024, 216 səhifə) müəllifi Etnoqra...