Aprelin 4-də AMEA Milli Azərbaycan Tarixi Muzeyinin konfrans zalında xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Daxili işlər Nazirliyinin Polis Akademiyasının bir qrup müdavimlərilə görüş keçirilimişdir.
Tədbiri giriş sözü ilə açan Muzeyin «Elmi maarif» şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Sayılov müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə Polis Akademiyasının bir qrup müdavim və zabitlərini salamlayaraq növbəti görüşün əlamətdar tarixdə baş tutduğunu şərh etmişdir. Daha sonra ümummilli lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətini əks etdirən slayd nümayiş olunmuşdur. Tədbirdə Muzeyin «Azərbaycan tarixinin elmi ekspozisiyası» şöbəsinin elmi işçisi Aqil Əhmədov «Azərbaycan Respublikasında müasir dövlətçilik ənənələri və Heydər Əliyev» mövzusunda geniş məruzə ilə çıxış edərək ümummili liderin təhsil və ilk siyasi fəaliyyəti, daxili və xarici siyasəti, gənclər siyasəti, eyni zamanda da Heydər Əliyevin əsasını qoyduğu balanslaşdırılmış siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Daha sonra çıxış edən Polis Akademiyasının kurs rəisinin müavini, polis mayoru Osman Vəliyev tədbirin əhəmiyyətindən söz açaraq ümummilli lider Heydər Əliyevin ölkədə daxili işlər orqanlarının işinin yaxşılaşdırılmasına böyük diqqət və qayğı ilə yanaşdığını, orta milis məktəbinin ləğv edilərək Polis Akademiyasının yaradılmasında Heydər Əliyevin müstəsna xidmətlərini xüsusilə qeyd etmişdir.
Sonda O.Vəliyev Polis Akademiyası ilə AMEA Milli Azərbaycan Tarixi Muzeyi arasında mövcud olan əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinin vacibliyini qeyd edərək bu günün müdavimləri və sabahın gənc polislərinin tarixi biliklərə yiyələnməsi, mariflənməsində Muzeyin aparıcı rol oynadığını bildirərək rəhbərliyə təşəkkürünü ifadə etmişdir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.