Milli Aviasiya Akademiyasının “Sky” jurnalının son nömrəsində Milli Azərbaycan Tarixi Muzeyinin xarici əlaqələr və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d. S.Əhmədovun görkəmli alim Lev Qumilyova həsr olunmuş məqaləsi dərc olunmuşdur.
“Passionari Lev Qumilyov” adlı məqalədə türk xalqları tarixinin yorulmaz tədqiqatçısı, etnogenezin passionari nəzəriyyəsinin banisi, dünya sivilizasiyalarının yaranması və inkişafında türk xalqılarının verdiyi töhvələrin təbliğatçısı L.N.Qumilyovun keçdiyi əzablı həyat yolu, tarixi həqiqətlərin üzə çıxarılmasında üzləşdiyi maneələr barədə müfəssəl məlumat verilir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.