XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
07 May, 2013
Milli Azərbaycan Tarixi Muzeyində 18 May - Beynəlxalq Muzeylər Gününə hazırlıq

Milli Azərbaycan Tarixi Muzeyi18 May –Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən kompleks tədbirlər planı hazırlanmışdır. Belə ki, mayın 17-də gün ərzində üç tədbir keçiriləcək:


-17 may, 14.00- da Mətbuat nümayəndələri üçün “Muzey bu gün” adı ilə press-konfrans;

-17 may, 15.00-da “Muzey təşəkkür edir” (2013-cü ilin I yarısında Muzeyin elmi-mədəni, ictimai-siyasi tədbirlərinin təşkilində, Muzey fəaliyyətinin KİV-də işıqlandırılmasında fəal iştirak etmiş şəxslərə təşəkkürnamələrin təqdim olunması);

-17 may, 16.00-da “Tarix Muzeyi uşaqların gözü ilə” müsabiqəsinin yekun sərgisinin açılışı və sərgi qaliblərinin təltif oluması.

         Həmçinin  mayın 18-də Muzeyin daimi ekspozisiyasına, həmçinin “Arşın mal alan: dövr, insanlar, personajlar” sərgisinə giriş pulsuz olacaq.

Bakı muzeylərində “Şəxsiyyətimiz... Sərvətimiz” adlı mövzu altında keçiriləcək və Məhsəti Gəncəvinin 900 illiyinə həsr olunacaq silsilə tədbirlərə qoşulan Milli Azərbaycan Tarixi Muzeyində Məhsəti Gəncəviyə həsr olunmuş güşənin açılması nəzərdə tutulmuşdur.