XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
10 May, 2013
9 may - faşizm üzərində Qələbə Günü

9 may - faşizm üzərində Qələbə GünüXX əsrdə İkinci Dünya müharibəsi illəri bəşəriyyət üçün ən ağır və dəhşətli dövr olmuşdur. Almaniyada və İtaliyada yaranmış faşizm nəinki bu ölkələrin özünü və hətta bütün bəşəriyyəti təhlükə altına almışdı.


İkinci Vətən müharibəsi illərində Azərbaycan xalqı həm cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərmişlər. Qısa bir müddətdə respublikada 87 qırıcı təyyarə batalyonu və

1124 özünümüdafiə dəstələri təşkil olunmuşdu. 1941-1945-ci illərdə 600 mindən çox Azərbaycan oğul və qızları cəbhəyə yollanmışdılar. Azərbaycan diviziyaları Qafqazdan

Berlinədək mübariz yol keçmiş, 130-a yaxın həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfəri “Şərəf ordeni” ilə təltif olunmuşdur. 170 min Azərbaycan əsgər və zabitlər SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilmişdir. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Ruslan Vəzirov, Adil Quliyev, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə; generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz qəhrəmanlığı ilə bizim xalqın şərəfli tarixinə yeni sətirlər yazmışlar. Az bir zamanda Bakı döyüşən ordunun ən mühüm cəbbəxanasına (arsenal) çevrilmişdi. Böyük çətinliklərə baxmayaraq, neftçilərimiz fədakarlıqla çalışaraq cəbhəni və sənəyemizi yanacaqla təmin etmişlər. Akademik Yusif

Məmmədəliyevin rəhbərliyi ilə hava flotu (aviasiya) benzini almaq üçün yeni texnologiya yaradılmışdır. 1941-ci ildə neftçilərimizin fədakar əməyi nəticəsində Azərbaycanın tarixində ən çox neft (23,5 milyon ton) istehsal olunmuşdu ki, bu da SSRİ-də istehsal olunan neftin 71.4%-ni təşkil etmişdir. Ümumiyyətlə, müharibə illərində Azərbaycan neftçiləri ölkəni 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları ilə təmin etmişlər. Qətiyyətlə demək olar ki, faşizm üzərində qələbənin qazanılmasında Bakı nefti əsas amillərdən biri olmuşdur. İkinci Dünya müharibəsində əldə edilən qələbə Azərbaycan xalqının fədakar, qəhrəman, cəsərətli olmasını bir daha bütün dünyaya sübut etmişdir.