XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
13 May, 2013
Milli Azərbaycan Tarixi Muzeyində mətbuat nümayəndələri üçün press-konfrans keçiriləcək.

press18 May –Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən kompleks tədbirlər planı hazırlanmışdır. Onlar sırasında  mayın 17-də kütləvi informasiya nümayəndələri üçün keçiriləcək “Muzey bu gün” adlı press-konfrans xüsusi yer tutur.


Muzeyin müdiriyyəti, həmçinin şöbə və fond rəhbərləri muzeyin bugünki durumu və fəaliyyəti ilə bağlı jurnalistlərin suallarına cavab verəcəklər. Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində olan Milli Azərbaycan Tarixi Muzeyi respublikanın aparıcı muzeylərindən olaraq xalqımızın tarixi və mədəniyyətin təbliğində, vətən tarixinin qaranlıq qalan səhifələrinin araşdırılmasında xüsusi rol oyanyır. Muzeyin çoxşaxəli fəaliyyəti ilə maraqlanan bütün mətbuat nümyəndələri press-konfransa dəvətlidirlər. Tədbir mayın 17-də, 14.00-da başlayacaq. Press-konfransın keçiriləcəyi yer- Milli Azərbaycan Tarixi Muzeyi, H.Z.Tağıyev küçəsi, 4.