XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
13 May, 2013
“Tarix Muzeyi uşaqların gözü ilə” müsabiqəsinə yekun vurulacaq.

Tarix Muzeyi uşaqların gözü ilə” müsabiqəsi18 May –Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən kompleks tədbirlər planı hazırlanmışdır. Belə ki, mayın 17-də “Tarix Muzeyi uşaqların gözü ilə” müsabiqəsinə yekun vurulacaq.


2013-cü ilin yanvarın 1-dən başlayan sərgi geniş ictimaiyyətin böyük marağına səbəb olmuşdur. Belə ki, 1 yanvar - 30 aprel tarixlərində Muzeyə müxtəlif uşaq yaradıcılıq mərkəzləri, məktəblər, rəsm dərnəkləri, həmçinin ayrı-ayrı iştirakçılar tərəfindən 100-dən artıq rəsm əsəri təqdim olunmuşdur. 5 yaşdan 17 yaşadək olan iştirakçılar tərəfindən təqdim olunan şəkillər 5 nominasiya üzrə qiymətləndiriləcək. Bütün iştirakçılara müvafiq sertifikat, qaliblərə diplom, medal və hədiyyələr təqdim olunacaq. Tədbir mayın 17-də, 16.00-da başlayacaq. Tədbirin keçiriləcəyi yer- Milli Azərbaycan Tarixi Muzeyi, H.Z.Tağıyev küçəsi, 4.