XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
18 May, 2013
“Tarix Muzeyi uşaqların gözü ilə” müsabiqəsinin qalibləri mükafatlandırılmışlar

“Tarix Muzeyi uşaqların gözü ilə” müsabiqəsiCari ilin əvvəlindən Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən “Tarix Muzeyi uşaqların gözü ilə” mövzusunda rəsm müsabiqəsi elan edilmişdir. Mayın 17-də Milli Azərbaycan Tarixi Muzeyində müsabiqənin qalibləri mükafatlandırılmışlar.


Direktor Nailə Vəlixanlı qeyd etmidir ki,  18 may – Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən kompleks tədbirlər planı hazırlanmışdır. Başa çatan müsabiqə də bu tədbirlər planı çərçivəsində reallaşdırılmışdır. Yanvarın 1-dən aprelin 30-dək muzeyə müxtəlif uşaq yaradıcılıq mərkəzləri, məktəblər, rəsm dərnəkləri, həmçinin ayrı-ayrı iştirakçılar tərəfindən 100-dən artıq rəsm əsəri təqdim olunmuşdur. Beş yaşdan 17 yaşadək olan iştirakçılar tərəfindən təqdim olunan şəkillər 5 nominasiya üzrə qiymətləndirilmişdir.
Müsabiqənin məqsədi uşaq və yeniyetmələrin Azərbaycan tarixinə marağını gücləndirmək, onlara maddi və mənəvi irsimizin qorunmasının vacibliyini aşılamaq, respublikanın ən iri, qocaman və aparıcı muzeylərindən olan Milli Azərbaycan Tarixi Muzeyini yeni nəsillərə tanıtmaqdan ibarətdir. Sonda bütün iştirakçılara müvafiq sertifikatlar verilmiş, qaliblərə isə diplom və hədiyyələr təqdim olunmuşdur.