Moskvada nəşr olunan “Вестник развития науки и образования» (“Elm və təhsilin inkişafı xəbərləri”) jurnalının son nömrəsində Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlovun XVIII əsr Azərbaycan bayraqlarına həsr olunmuş məqaləsi dərc olunmuşdur (2013, № 1, s. 28-42).
“XVIII- XIX əsr təsviri mənbələri Azərbaycan bayraqlarının öyrənilməsində məxəz kimi” adlı məqalədə müəllif Azərbaycan xanlıqlarının bayraqları haqqında məlumat vermiş, Muzeyin kolleksiyasında qorunan bayraqların xüsusiyyətləri barədə yazmışdır. Həmçinin P.Gözəlov dövrün təsviri mənbələrinin (səyyahların, diplomatların rəsmləri, divar rəsmləri, kitab miniatürlərində olan rəsmlər) təhlilini verərək belə qənaətə gəlmişdir ki, sadalanan mənbələr Azərbaycan bayraqlarının və digər dövlətçilik rəmzlərimizin öyrənilməsində vacib məxəz rolunu oynayırlar.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.