XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
15 May, 2013
Muzeyə Hacı Zeynalabdin Tağıyevə aid yeni sənədlər aşkarlanıb

Hacı Zeynalabdin Tağıyev

Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyası böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətinə aid yeni materiallarla zənginləşmişdir.


Bu yaxınlarda Cəfər Cabbarlının ev muzeyinin direktoru Gülarə Cabbarlı H.Z.Tağıyevin qızı Sara Tağıyeva-Sarayevanın vaxtilə topladığı qiymətli sənədləri Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə etmişdir. 183 səhifədən ibarət qovluqda Hacının xeyriyyəçilik, sahibkarlıq fəaliyyətini əks etdirən arxiv sənədlərinin və qəzet materiallarının surətləri, Sara xanımın atasının layiqli adının bərpası üçün apardığı mübarizənin ayrı-ayrı məqamlarını özündə ehtiva edən məktubları və məqalələri cəmlənib.