XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
16 May, 2013
Sabah, mayın 17-də Muzeydə silsilə tədbirlər keçiriləcək

Milli Azərbaycan Tarixi MuzeyiSabah, mayın 17-də Milli Azərbaycan Tarixi Muzeyində Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Milli Azərbaycan Tarixi Muzeyində kompleks tədbirlər keçiriləcək.


- 14.00- da Mətbuat nümayəndələri üçün “Muzey bu gün” adı ilə press-konfrans;

- 15.00-da “Muzey təşəkkür edir” (2013-cü ilin I yarısında Muzeyin elmi-mədəni, ictimai-siyasi tədbirlərinin təşkilində, Muzey fəaliyyətinin KİV-də işıqlandırılmasında fəal iştirak etmiş şəxslərə təşəkkürnamələrin təqdim olunması);

- 16.00-da “Tarix Muzeyi uşaqların gözü ilə” müsabiqəsinin yekun sərgisinin açılışı və sərgi qaliblərinin təltif oluması.

Həmçinin mayın 18-də Muzeyin daimi ekspozisiyasına, həmçinin “Arşın mal alan: dövr, insanlar, personajlar” sərgisinə giriş pulsuz olacaq.