18 May –Beynəlxalq Muzeylər Günü ilə əlaqədar İCOM Azərbaycan Komitəsinin qərarına əsasən Bakı muzeylərində “Şəxsiyyətimiz... Sərvətimiz” devizi ilə görkəmli Azərbaycan şairəsi Məhsəti Gəncəvinin 900 illiyinə həsr olunmuş tədbirlər keçirilməli,
güşələr yaradılması tövsiyyə olunmuşdur. Milli Azərbaycan Tarixi Muzeyinin foyesində orta əsr şairəmizin xatirəsinə həsr olunmuş güşə yaradılmış, burada Gəncə xalçası fonunda Məhsəti Gəncəvinin portreti, XIII əsr Gəncə keramikası, Məhsətinin gözəl şahmat oyunçusu olmağı barədə məlumatları nəzərə alaraq qədim şahmat taxta və fiqurları, XIII əsr çırağı nümayiş olunur, tariximizin və mədəniyyətimizin ən parlaq dövrlərindən – İntibah dövründən məlumat verirlər.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.