XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
18 May, 2013
“Muzey təşəkkür edir” mövzusunda tədbir keçirilmişdir

“Muzey təşəkkür edir” Mayın 17-də Muzeydə “Muzey təşəkkür edir” mövzusunda tədbir keçirilmişdir.


Tədbirdə Ombudsman Elmira Süleymanova rəhbərlik etdiyi uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin muzeylə əməkdaşlığının əhəmiyyətini vurğulamışdır. Tədbirin əvvəlində çıxış edən direktor Nailə Vəlixanlı qeyd etmişdir ki, MATM-ın Azərbaycan mədəniyyətinin, tarixinin, milli mənəvi dəyərlərimizin qorunub saxlanılması və xarici qonaqlara, gələcək nəsillərə çatdırılmasındakı rolu yüksək qiymətləndirilmişdir. Bildirilmişdir ki, muzey xalqımızın tarixi və mədəniyyətinin təbliğində, Vətən tarixinin qaranlıq səhifələrinin araşdırılmasında xüsusi rol oynayır. Tədbirdə 2013-cü ilin birinci yarısında muzeyin elmi-mədəni, ictimai-siyasi tədbirlərinin təşkilində və onun fəaliyyətinin kütləvi informasiya vasitələrində işıqlandırılmasında fərqlənənlərə muzeyin təşəkkürnamələri təqdim olunmuşdur.