XƏBƏRLƏR
20 May, 2013
Azərbaycanda Beynəlxalq Muzeylər Günü qeyd edilmişdir
Saytımızda Milli Azərbaycan Tarixi Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş silsilə tədbirlər barədə məlumat verilmişdir.
Qeyd etmək istərdik ki, respulikada bu əlamətdar günü geniş şəkildə qeyd olunmuşdur. Muzeylərdə “Açıq qapı” günü keçirilmişdir. Bir çox məktəblərin şagirdləri, universitetlərin tələbələri muzeylərimizi ziyarət etmişlər. Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyində Beynəlxalq Muzeylər Günü qeyd edilmişdir. Azərbaycanın qədim musiqi alətləri ansamblının solisti Nuriyyə Hüseynova muğamlar ifa etmiş, qədim Azərbaycan melodiyaları səslənmişdir. Tədbir çərçivəsində Azərbaycan Musiqi Mədəniyyəti Muzeyi tərəfindən nəşr edilmiş “Niyazi arxivinin materialları” adlı illüstrasiyalı kataloqun təqdimatı olmuşdur. Kataloqa Musiqi Mədəniyyəti Muzeyinin filialı olan Niyazinin ev-muzeyində saxlanılan notların əlyazmaları, sənədlər, proqramlar, afişalar, fotoşəkillər daxil edilmişdir. Niyazinin fortepiano üçün yazdığı, indiyə qədər çoxlarına məlum olmayan, ilk dəfə 2004-cü ildə muzeyin əməkdaşları tərəfindən aşkar edilmiş əsərləri səslənmişdir. Mayın 18-də Üzeyir Hacıbəylinin ev-muzeyində 18 may – Beynəlxalq Muzeylər Günü münasibətilə tədbir keçirilmişdir. Əvvəlcə Azərbaycan Milli Konservatoriyasının tərkibindəki musiqi kolleci tələbələrinin konserti olmuşdur. Daha sonra vaxtilə Üzeyir Hacıbəylinin fəaliyyət göstərdiyi və uzun müddət bəstəkarın adını daşımış 51 nömrəli məktəbin şagirdləri konsert proqramı ilə çıxış etmişlər. Şagirdlər Üzeyir Hacıbəylinin musiqilərini ifa etmişlər. Həmçinin Səməd Vurğunun dahi bəstəkarın ölümü münasibətilə yazdığı “Ölüm sevinməsin qoy” şeiri səsləndirilmişdir.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...