XƏBƏRLƏR
20 May, 2013
Filarmoniya bağında Beynəlxalq Muzeylər Günü və “Avropa Muzeylər Gecəsi” qeyd edilmişdir
Mayın 18-də Beynəlxalq Muzeylər Günü və “Avropa Muzeylər Gecəsi” münasibətilə Filarmoniya bağında “Şəxsiyyətimiz ... Sərvətimiz” mövzusunda tədbir keçirilmişdir.
Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi, Beynəlxalq Muzeylər Şurasının (İCOM) Azərbaycan Milli Komitəsi və Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə reallaşdırılmışdır. Gecədə R.Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyi, Qobustan Milli Tarix-Bədii Qoruğu, Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Bülbülün Memorial Muzeyi, Üzeyir Hacıbəylinin, Leopold və Mstislav Rostropoviçlərin, Səməd Vurğunun və Cəlil Məmmədquluzadənin ev-muzeyləri iştirak etmişlər. Tədbirdə hər bir muzeyin profilinə uyğun dekorativ-tətbiqi sənət nümunələri, nəşrlər və fotostendlərin nümayiş olunduğu “Muzeylərdə ənənələr yaşayır” sərgisi təqdim edilmişdir. Həmçinin Bakı Milli Geyim Evinin “Gözəllik ondur, doqquzu dondur” mövzusunda milli geyimlərin nümayişi olmuş, Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin “Öz xalçanı yarat” devizi ilə xalça eskizinin hazırlanması və toxunma texnologiyası təqdim edilmiş, 1 nömrəli incəsənət məktəbi və Tofiq İsmayılov adına uşaq yaradıcılıq birliyinin “Uşaq dünyası” qalereyasının təqdimatında rəssamlığın sirlərinə həsr olunmuş “Dəyişən zamanda dəyişməyən dəyərlər” devizi ilə ustad dərsləri keçirilmişdir. “Hər könüldən bir avaz” konsert proqramında xalq mahnıları və muğamlar ifa olunmuşdur.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...