XƏBƏRLƏR
20 May, 2013
İçərişəhərdə Beynəlxalq Muzeylər Günü münasibətilə “Canlı tarix” adlı I Beynəlxalq festival keçirilib
Mayın 18-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə Beynəlxalq Muzeylər Günü münasibətilə “Canlı tarix” adlı I Beynəlxalq festival başlamışdır.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş festival Qoşa qala qapısı meydanında təşkil olunmuşdur. Festival tarixi məkanların, milli-mədəni dəyərlərin geniş təbliği, eyni zamanda, müxtəlif ölkələrdən olan insanların bir araya gəlməsi, millətlərin yaxınlaşması və mədəniyyətlərarası dialoqun genişlənməsi baxımından da olduqca əhəmiyyətlidir. Tədbirdə müxtəlif xalqların nağıl qəhrəmanlarını təcəssüm etdirən personajlar meydan boyu gəzərək müxtəlif ölkələrin guşələrini ziyarət edir, festival iştirakçıları ilə şəkil çəkdirirlər. Festivalda muğam, milli musiqimiz, o cümlədən tədbirdə iştirak edən ölkələrə məxsus milli musiqilər səsləndirilir. Beynəlxalq festivalda dünyanın 15-dən çox ölkəsinin guşəsi qurulmuşdur. Həmçinin 18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə hər il olduğu kimi, ənənəvi “Açıq qapı” günü elan edilmiş, tariximizlə yaxından tanış olmaq istəyən hər kəs üçün gün ərzində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində yerləşən muzey və tarixi abidələrə giriş ödənişsiz olacaqdır.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...