XƏBƏRLƏR
20 May, 2013
Akademik N.Vəlixanlı Nəriman Nərimanovun xatirə muzeyində yeni ekspozisiyanın təqdimatında çıxış etmişdir
Mayın 18-də Beynəlxalq Muzeylər Günü münasibətilə Nəriman Nərimanovun xatirə muzeyində yeni ekspozisiyanın təqdimat mərasimi keçirilmişdir.
Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək Nəriman Nərimanov haqqında ziddiyyətli fikirlərin olduğunu bildirmişdir. Diqqətə çatdırmışdır ki, mürəkkəb tarixi dövrdə yaşamış bu görkəmli dövlət xadimi daim ölkəmizin xoşbəxt gələcəyini düşünmüş, xalqımız üçün çalışmışdır. Məhz bu səbəbdən görkəmli ictimai-siyasi xadim və dövlət adamı Nəriman Nərimanov şəxsiyyətinə həmişə hörmətlə yanaşılmalıdır. Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, muzeyin direktoru Kamilə Hüseynova çıxış edərək təqdimatı keçirilən ekspozisiyanı yüksək qiymətləndirmişdir. Bildirilmişdir ki, ekspozisiyada böyük şəxsiyyət Nəriman Nərimanovun həyat və fəaliyyətinin bütün dövrləri əhatə olunmuş, ictimai-siyasi və dövlətçilik fəaliyyətinin işıqlandırılmasına xüsusi diqqət yetirilmişdir. Qeyd edilmişdir ki, bu vaxtadək heç yerdə nümayiş etdirilməyən, məxfi saxlanılan ən yeni materiallardan-sənədlər, fotoşəkillər və qəzet materiallarından istifadə olunmuşdur. Ekspozisiyanın ən uğurlu tərəfi isə görkəmli dövlət xadiminin milli ruhlu siyasi xadim kimi tarixdəki rolunun şəffaf şəkildə təqdim olunmasıdır. Çıxışlarda vurğulanmışdır ki, Nəriman Nərimanovun adının əbədiləşdirilməsində ulu öndər Heydər Əliyevin misilsiz əməyi olmuşdur. Bakının mərkəzində Nəriman Nərimanovun abidəsinin ucaldılması, onun adını daşıyan xatirə muzeyinin yaradılması və yeni ekspozisiyalarla zənginləşdirilməsi bunun bariz nümunəsidir.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...