XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
20 May, 2013
“Tarix muzeyi uşaqların gözü ilə” rəsm müsabiqəsi böyük marağa səbəb olmuşdur

“Tarix muzeyi uşaqların gözü ilə” rəsm müsabiqəsi Milli Azərbaycan Tarixi Muzeyin tərəfindən keçirilmiş “Tarix muzeyi uşaqların gözü ilə” rəsm müsabiqəsi ictimayyətdə böyük marağa səbəb olmuşdur.


Tədbirin gedişi, həmçinin mayın 17-də keçirilən yekun sərgisi kütləvi informasiya vasitələrində geniş işıqlandırılmışdır. Qeyd edək ki, sərgiyə 169 rəsm əsəri və əl işi təqdim olunmuşdur. Münsiflər heyəti rəsmləri qiymətləndirmiş, Muzey tərəfindən 60-dan artıq iştirakçıya diplomlar, muzeyin xatirə medalları təqdim olunmuşdur. Müsabiqədə rəsmlər təqdim edən idarə və qurumlar sırasında Bakı Slavyan Universitetinin məktəb-lisey kompleksi, Bakı Avropa liseyi, Avropa Azərbaycan məktəbi, 160 saylı klassik gimnaziya, Azərbaycanın uşaq və gənclərin sülh şəbəkəsi, T.İsmayılov adına Uşaq və Gənclər yaradıcılıq sarayı nəzdində uşaq dünyası qalereyası, Bakıda Britaniya məktəbi, 245, 91, 225, 134, 193, 152, 8 saylı orta məktəblər fəallıqları ilə seçilmişlər.