XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
21 May, 2013
“Arşın mal alan”: dövr, insanlar, personajlar” sərgisi başa çatmışdır

“Arşın mal alan” Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun ölməz musiqi əsəri olan “Arşın mal alan” operettasının 100 illiyinə həsr olunmuş “”Arşın mal alan”: dövr, insanlar, personajlar” sərgisi başa çatmışdır.


12 mart 2013-cü il tarixində təntənəli açılışı olan sərgi respublikanın kütləvi informasiya vasitələrində geniş işıqlandırılmışdır. Təxminən iki ay ərzində sərgi ilə 2053 tamaşaçı tanış olmuş, onların bir çox operetta barəsində öz ürək sözlərini, həmçinin sərgidən təəsüratlarını rəy kitabında qeyd etmişlər.