XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
21 May, 2013
Əlimərdan bəy Topçubaşovun anadan olmasının 150 illiyinə həsr olunmuş respublika elmi seminarı keçiriləcək

Əlimərdan bəy Topçubaşov23 may 2013-cü il tarixində, saat 14.00-da Milli Azərbaycan Tarixi Muzeyində XX əsr görkəmli Azərbaycan siyasi və ictimai xadimi, diplomat Əlimərdan bəy Topçubaşovun anadan olmasının 150 illiyinə həsr olunmuş respublika elmi seminarı keçiriləcək.


Seminarda Azərbaycan xalqının müstəqillyi uğrunda yorulmaz mübarizə aparmış Ə.Topçubaşovun Rusiya imperiyası türk və müsəlman xalqlarının faktiki lideri olaraq gördüyü işlərdən, Rusiya Dövlət Dumasının deputatı kimi fəaliyyətindən, ilk Azərbaycan parlamentinin yaradılması sahəsində səylərindən danışılacaq. 1919-cu ildə Paris sülh konfransına göndərilmiş Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi Ə.Topçubaşovun Azərbaycan Cümhuriyyətinin dünya ölkələri tərəfindən tanınması istiqamətindəki gördüyü işlər Azərbaycan dövlətçiliyi və Azərbaycan diplomatiyası tarixinə qızıl hərflərlə yazılmışdır. Seminarda dövlət xadiminin bu sahədə gördüyü işlər, həmçinin 1920-ci ildən sonrakı dövrdə mühacirətdə apardığı mübarizədən danışılacaq.

 

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri Əlimərdan bəy Ələkbər bəy oğlu Topçubaşovun anadan olmasının 150 illiyinin dövlət səviyyəsində keçirilməsi üçün sərəncam imzalayıb.