XƏBƏRLƏR
24 May, 2013
Azərbaycanın Qobustan Milli Tarixi-Bədii Qoruğu “Avropada ilin muzeyi” müsabiqəsinin qalibidir
Qobustan Milli Tarixi-Bədii Qoruğu 2013-cü il üzrə “Avropada ilin muzeyi” müsabiqəsinin qalibi olmuşdur. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zöhrə Əliyeva AzərTAc-a bildirmişdir ki, Avropanın 41 tanınmış muzeyinin iştirak etdiyi müsabiqədə Qobustan qoruğu mürəkkəb seçim mərhələlərindən uğurla keçərək xüsusi mükafata layiq görülmüşdür.
Avropa Muzey Forumu (European Museum Forum) tərəfindən keçirilən “Avropada ilin muzeyi” müsabiqəsi (EMYA - European Museum of the Year Award) dünyada muzey işi sahəsində ən nüfuzlu və böyük tarixi olan müsabiqələrindəndir. 1977-ci ildən bəri hər il onlarla muzey bu yarışmada iştirak edərək nailiyyətlərini və qabaqcıl təcrübəsini həmkarları arasında paylaşmaq imkanı qazanır. Müsabiqə, eyni zamanda, geniş ictimaiyyətin diqqətini muzeylərdə keyfiyyət səviyyəsinin artmasına və innovasiyalara cəlb etmək məqsədi daşıyır. Mövcud şərtlərə görə, müsabiqədə son iki ildə açılmış, yaxud eyni dövrdə əsaslı yenidənqurmadan keçmiş, yeni bölüm yaratmış “köhnə” muzeylər iştirak edə bilərlər. Əsas seçim meyarları muzeyin ictimaiyyətlə sıx əlaqə qura bilməsi, muzey mövzularının və əşyaların təqdimatında yeni və eksperimental üsullardan istifadə etməsi, ümumiyyətlə, əhaliyə yüksək mədəni xidmət göstərməsidir.
Qobustan Milli Tarixi-Bədii Qoruğunun yeni muzeyi 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə açılmışdır. Muzey tarixin təqdim olunmasında və qabaqcıl texnologiyaların istifadəsində yeni yanaşma vasitəsilə regional, milli və beynəlxalq səviyyədə ictimaiyyətin maarifləndirilməsində ibtidai dövrün incəsənətinə marağın və biliyin artırılmasına görə “Avropada ilin muzeyi” müsabiqəsinin xüsusi mükafatı ilə təltif edilmişdir. Artıq illərlə təsdiq edilmiş faktdır ki, bu nüfuzlu müsabiqədə uğur qazanan muzeylərə ziyarətçi axını xeyli artır. Məsələn, bu il EMYA-nın təqdimat mərasiminə ev sahibliyi edən Belçikanın Tongeren şəhərindəki Qallo-Roman arxeoloji muzeyi 2011-ci ilin əsas mükafatını aldıqdan sonra onu ziyarət edənlərin sayı ildə 150 minə (bu, kiçik bir əyalət şəhərinin əhalisindən üç dəfə çoxdur) çatmışdır. Qısa müddətdə ölkəmizdə və onun hüdudlarından kənarda tanınan Qobustan muzeyinin də EMYA-nın münsiflər heyəti tərəfindən mükafata layiq görülməsi onun dünyada daha geniş tanıdılmasına yeni bir töhfə olacaqdır.
Milli Azərbaycan Tarixi Muzeyinin kollektivi Qobustan Milli Tarixi-Bədii Qoruğunu səmimi qəlbdən təbrik edir, yeni-yeni uğurlar arzulayır.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...