Mayın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində (MATM) görkəmli ictimai-siyasi xadim, diplomat Əlimərdan bəy Topçubaşovun anadan olmasının 150 illiyinə həsr edilmiş respublika elmi seminarı keçirilmişdir.
Seminarı açan MATM-ın direktoru, akademik Nailə Vəlixanlı tədbirin Prezident İlham Əliyevin “Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinin keçirilməsi haqqında” 2013-cü il 25 fevral tarixli Sərəncamına uyğun olaraq keçirildiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, Ə. Topçubaşov Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli nümayəndələrindən biri olmuşdur. O, ictimai-siyasi fəaliyyəti ilə bərabər, “Kaspi” qəzetinin yaradıcılarından və redaktorlarından biri kimi tanınmışdır. Ə.Topçubaşov jurnalistliyə başladığı dövrdən Bakının siyasi və ictimai mübarizə səhnəsinə daxil olmuş, ömrünün sonuna kimi bu mübarizənin ön sıralarında getmiş və onun başçılarından birinə çevrilmişdir. Tarix elmləri doktoru, bu yaxınlarda yenicə çapdan çıxmış və Əli Mərdan bəyə həsr olunmuş “Tarixi şəxsiyyətin tarixi” adlı kitabın müəllifi Cəmil Həsənli çıxış edərək Əlimərdan bəyin bioqrafiyasının parlaq səhifələrini açıqlamışdır. Tədbirdə Əlimərdan bəy Topçubaşovun mübarizə dolu həyatı və ictimai-siyasi fəaliyyəti haqqında ətraflı məlumat verilmiş, onun bioqrafiyasının parlaq səhifələri açıqlanmışdır. Azərbaycan xalqının müstəqilliyi uğrunda yorulmadan mübarizə aparmış Ə. Topçubaşovun Rusiya imperiyasının türk və müsəlman xalqlarının faktiki lideri olaraq gördüyü işlərdən, Rusiya Dövlət Dumasının deputatı kimi fəaliyyətindən, ilk Azərbaycan parlamentinin yaradılması sahəsindəki səylərindən söhbət açılmışdır. Bildirilmişdir ki, Ə. Topçubaşov XIX əsrin sonları - XX əsrin əvvəllərində ümumrusiya müsəlmanlarının şübhəsiz lideri kimi qəbul olunmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri, Paris Sülh Konfransına göndərilmiş Azərbaycan nümayəndə heyyətinin rəhbəri olmuş Əlimərdan bəy Topçubaşov Azərbaycanın dünya dövlətləri tərəfindən tanınması istiqamətində fövqəladə işlər görmüşdür. Muzeyin “Xəritələr sektorunun” müdiri Fikrət Bağırov Əlimərdan bəy Topçubaşovun Milli Azərbaycan Tarixi Muzeyində qorunan eksponatları barədə danışmış, bu eksponatların görkəmli siyasi və ictimai xadimin həyat və fəaliyyətinin öyrənilməsindəki rolunu vurğulamışdır. Muzeyin “Xarici əlaqələr və sərgilərin təşkili şöbəsi”nin müdiri, t.ü.f.d. Səbuhi Əhmədov Əlimərdan bəy Topçubaşovun həyat və fəaliyyətinin Azərbaycandan xaricdə təbliğinin vacibliyindən danışaraq, ondan artıq dildə çap olunan “İrs- Наследие” beynəlxalq jurnalın bu istiqamətdə gördüyü ilərdən danışmışdır. Tədbirdə çıxış edən tarix elmləri doktoru Solmaz Rüstəmova- Tohidi Ə.Topçubaçovun şəxsi arxivində qorunmuş və 1918-ci il mart qırğınlarını əyani olaraq sübut edən nadir fotoşəkillərdən, tarix elmləri doktoru İradə Bağırova Ə.Topçubaşovun Rusiya imperiaysı türk xalqlarının milli özünün dərkinin formalaşmasına olan təsirindən məlumat vermişlər. Məruzələrdən sonra mövzu ətrafında müzakirələr olmuşdur. Sonda iştirakçılara “İrs-Nasledie” jurnalının Əlimərdan bəy Topçubaşovun həyat və fəaliyyətinə həsr olunmuş nömrələri paylanılmışdır.
Tədbirin fotoşəkilləri ilə saytın “Fotoqalereya” blokunda tanış olmaq olar.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.