XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
27 May, 2013
Saytımızda yeni keçid pəncərəsi

Çexiya Respublikası Milli Muzeyi

İyunun 1-də Milli Azərbaycan Tarixi Muzeyində “Çexiya süleyman daşı” adlı sərginin açılışı olacaq. Sentyabrın 25-dək davam edəcək sərgidə Çexiya zərgərlərinin əl işi olan XIV – XX əsr zərgərlik nümunələri nümayiş olunacaq. Bütün eksponatlar Çexiya Respublikası Milli Muzeyi tərəfindən təqdim olunub.


 Milli Muzey Çexiya Respublikasının ən qocaman və zəngin muzeylərindəndir. Bu il 195 illiyini qeyd edən muzey beş xüsusiləşmiş muzeylərdən ibarətdir: Elm və Təbiət Milli Muzeyi, Tarix Muzeyi, Milli Muzeyin Kitabxanası, Asiya, Afrika və Amerika mədəniyyətləri Muzeyi, Çex Musiqi Muzeyi. 15 müxtəlif binadan ibarət Milli Muzeydə 20 milyondan artıq eksponat qorunur, burada mütəmadi olaraq mövzu sərgiləri, həmçinin bir sıra mədəni və tədris tədbirləri keçirilir.

 Çexiya Milli Muzeyinin fəaliyyəti və eksponatları ilə tanış olmaq istəyənlər Muzeyimizin saytında yeni yaradılmış keçid pəncərəsindən yararlana bilərlər. Səhifənin aşağı sol küncündəki linkə basmaqla siz Çexiya muzeylər aləminə daxil olacaqsınız.