İyunun 1-də Milli Azərbaycan Tarixi Muzeyində “Çexiya süleyman daşı” adlı sərginin təntənəli açılışı olacaq.
Milli Muzeyi Azərbaycan Tarixi Muzeyi və Çexiya Respublikası Milli Muzeyi tərəfindən təşkil olunmuş sərginin Bakıda nümayiş olunmasında Çexiya Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Praqadakı Azərbaycan Səfirliyinin köməklik göstərmişlər.
Sərginin açılış mərasimində Çexiya Respublikası Mədəniyyət Naziri Alena Xanakova və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevin iştirakı gözlənilir.
1 iyun – 25 sentyabr tarixlərinədək davam edəcək sərginin açılış mərasimi iyunun 1-də saat 10.00 Milli Azərbaycan Tarixi Muzeyində olacaq (H.Z.Tağıyev, 4).
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.