İyunun 1-də açılışı nəzərdə tutulan “Çexiya süleyman daşı” adlı sərgi xalqlar və mədəniyyətlər arasında dialoqun bariz nümunəsi olaraq bu günlərdə Bakıda keçirilən II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun proqramına salınmışdır.
Sərgi beynəlxalq əməkdaşlığın bariz nümunəsidir. Onun keçirilməsi barədə qərar ötən il Azərbaycan Prezidenti İlham Əliyevin Çex Respublikasına səfəri zamanı qəbul olunmuşdur. Məhz bu tarixi səfərin əməli nəticəsi olaraq Çex Respublikası Milli Muzeyi ilə Milli Azərbaycan Tarixi Muzeyi arasında anlaşma memorandumu imzalanıb. Çex Respublikası Milli Muzeyinin kolleksiyalarından nadir zərgərlik nümunəsi olan 160 eksponat isə XIV-XX əsr çex zərgərlərinin yüksək peşəkarlığını, zövqünü əyani surətdə göstərəcəkdir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.