XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
31 May, 2013
Azərbaycan və Çexiya muzey işçilərinin birgə əməkdaşlığı

“Çexiya süleyman daşı” adlı sərgiArtıq neçə müddətdir ki, Çexiya Milli Muzeyinin əməkdaşları Aqela Skoupa, Martin Musil, Vanda Mareşova Milli Azərbaycan Tarixi Muzeyində (MATM) xidməti ezamiyyətdədirlər.


Onlar MATM əməkdaşları ilə birlikdə iyunun 1-də açılışı nəzərdə tutulan “Çexiya süleyman daşı” adlı sərginin hazırlanmasında yaxından iştirak edirlər. Azərbaycan və Cexiya muzey əməkdaşlarının birgə səyləri ilə 160-dan çox nadir eksponat, onlarla fotoşəkil, instalyyasiya, rəsm əsəri nümayiş olunan sərgi tam və dolğun şəkil almışdır. Azərbaycanlı tamaşaçıları Çexiya zərgərlərinin əl işləri ilə tanış olmasını nəzərdə tutan sərgi həmçinin Azərbaycan və Cexiya muzey əməkdaşlarının birgə fəaliyyətinin, qarşılıqlı bilik və təcrübə mübadiləsinin əyani forması olmuşdur.