XƏBƏRLƏR
04 İyun, 2013
Mikayıl Müşfiq -105
Mikayıl Əbdülqadir oğlu İsmayılzadə (Mikayıl Müşfiq) 1908-ci il iyun ayının 5-də Bakı şəhərində, ziyalı ailəsində anadan olmuşdur. Əslən Xızı rayonundandır. İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində almışdır.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakı Darülmüəllimində və 12 saylı II dərəcəli məktəbdə oxumuşdur. 1927-1931-ci illərdə Azərbaycan Dövlət Darülfünunun (indiki Bakı Dövlət Universiteti) dil və ədəbiyyat fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə pedaqoq kimi başlamışdır. Bakı orta məktəblərində yeddi il müəllimlik etmiş, son iş yeri indi onun adını daşıyan 18 saylı Bakı şəhər orta məktəbi olmuşdur. Poetik yaradıcılığa 1926-cı ildə “Gənc işçi” qəzetində çap etdirdiyi “Bir gün” şeirilə başlamışdır. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. “Küləklər” (1930), “Günün səsləri” (1930), “Buruqlar arasında” (1932), “Vuruşmalar” (1932), “Pambıq” (1932), “Qaya” (1935), “Şəngül, Şüngül, Məngül” (1934), “Kəndli və ilan” ( 1935) adlı kitabları şairin sağlığında çap olunmuşdur. O, bədii tərcümə ilə də ciddi məşğul olmuş, Yeqişe Çarensin “Şeirlər” (1934), Taras Şevçenkonun “Kobzar” (1934), A.S.Puşkinin “Qaraçılar” (1930), S.Marşakın “Huşsuza bax, huşsuza” (1935) əsərlərini tərcümə etmişdir. 1931-1937-ci illərdə Dilbər Axundzadə ilə ailə həyatı sürmüşdür. 1938-ci il yanvar ayının 6-da cəza tədbirləri dövründə M.Müşfiq də repressiya qurbanı olmuş və güllələnmişdir. Şairin xatirəsini əbədiləşdirmək üçün Bakıda Süleyman Rəhimov küçəsində, yaşadığı binanın qarşısına xatirə lövhəsi vurulmuş, büstü qoyulmuş, məktəbə, küçəyə və meydana adı verilmiş, Xızıda ev-muzeyi yaradılmışdır. Müşfiqin “Yenə o bağ olaydı”, “Oxu, tar”, “Küləklər”, “Duyğu yarpaqları”, “Həyat sevgisi” və bir sıra başqa şeirləri Azərbaycan poeziya xəzinəsinin inciləri sırasındadır. 1968-ci ildə Bakıda Dilbər Axundzadənin “Müşfiqli günlərim” adlı xatirələr kitabı nəşr olunmuş, kitabın son genişləndirilmiş nəşri 2005-ci ildə “Gənclik” nəşriyyatında işıq üzü görmüşdür.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...