XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
04 İyun, 2013
Çex süleyman daşı nədir?

Çex süleyman daşı Çex süleyman daşı çox nadir sayılan 17 süleyman daşı növündən biri olan qiymətli daşdır. Təbiətdə süleyman daşının daha çox giltorpaq və əhəngli növlərinə rast gəlinir.


Giltorpaq süleyman daşları üç cür olur: çex süleyman daşı, almandin, spessartin. Tərkibindəki dəmir və xroma görə bu daşın rəngi tünd qırmızı olur və rəngin intensivliyi hətta 2mm-lik kiçik dənələrdə də azalmır. Çex süleyman daşı almandinə o dərəcədə bənzərdir ki, onları hətta təbiətşünaslar belə çətinliklə bir-birindən seçə bilir. Bu daşın refraktometrlə işıq keçirmə əmsalı ölçüldükdə sınma indeksi adlanan göstəricisi 1,75 bərabərdir. Mayeyə salındıqda və havada çəkisinin ölçülməsi yolu ilə sıxlığı yaxud spesifik çəkisi təyin edildikdə bu göstərici  3,8 bərabər olmalıdır. Göstəricilər daha yüksək olduqda daşın rodolit yaxud piralmandin olduğu təyin edilir. Yalnız daşın sınma indeksi 1,79 və xüsusi çəkisi 3,95 təyin edildikdə bunun almandin olduğu deyilir. Odda zədələnmir: alovdan bozarır, lakin soyuduqdan sonra əvvəlki rənginə qayıdır. Çex süleymandaşını şüşəyə, gilə və minaya yerləşdirmək olar. Digər qiymətli daşların çoxu qızdırıldıqda rəngini itirir və üzərilərində çatlar əmələ gəlir. Mikroskop altında 5-70 dəfə böyüdüldükdə belə çex süleyman daşı demək olar ki, təmiz olur, yalnız kiçik qara ləkələr görünə bilər. Almandinin içərisində isə rutil mineralının xeyli əlavələri qeyd edilir. Bizim eradan əvvəlki və bizim era dövründə çex süleyman daşının Avropada yeganə yataqları Çexiya ərazisində yerləşirdi, əsasən Çexiya mərkəzi dağlıq əraziləri, daha kiçik həcmdə Podkrkonoşi və Kolin nad Labem ətrafındakı ərazilərdə.