XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
10 İyun, 2013
“Qarabağ geyimləri kataloqu” üçün Etnoqrafik ekspedisiya

“Qarabağ geyimləri kataloqu” AMEA Milli Azərbaycan Tarixi Muzeyinin “Etnoqrafiya elmi fond” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Gülzadə Abdulova Elmin İnkişafı Fondunun “Şuşa qrantı” müsabiqəsi üzrə “Qarabağ geyimləri kataloqu” layihəsinin iştirakçısı kimi Ağcabədi rayonuna ezam olunmuşdur.


Ezamiyyətdə məqsəd Qarabağ geyimləri haqqında yaşlı sakinlərdən məlumat toplamaq, Qarabağ bölgəsi əhalisinin milli qadın, kişi və uşaq geyimlərinin, eləcə də geyim bəzəkləırinin araşdırılaraq katoloqlaşdırılması və tipoloji təsnifatının verilməsini təşkil etməkdir.

Layihə üzrə əsas məqsədlərdən biri də Qarabağ bölgəsi əhalisinin geyim mədəniyyətinin tam elmi- etnoqrafik təhlilini, təsvirini və şərhini vermək, tarixi təkamül və inkişaf mərhələlərində geyim dəstlərində baş vermiş keyfiyyət dəyişikliklərini izləməkdir. Qarabağ geyimlərinin şəksiz olaraq türk etnik- mədəni mühitində formalaşdığını sübuta yetirmək və bu geyimlərin Azərbaycan xalqının milli müəyyənlik göstəricisi olduğunu faktlarla təsdiq etməkdən ibarətdir. Layihənin sonunda kataloqun nəşri nəzərdə tutulmuşdur.