XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
10 İyun, 2013
“Çexiya süleyman daşı” sərgisində unikal eksponat

“Zbraslav madonnasının ikonası”Milli Azərbaycan Tarixi Muzeyində davam edən “Çexiya süleyman daşı” sərgisində nümayiş olunan maraqlı eksponatlar, həmçinin bu unikal qiymətli daşın tarixi ilə bağlı materiallar barədə məlumatları oxuculara təqdim etməkdə davam edirik.


Sərgidə “Zbraslav madonnasının ikonası” adı ilə məlum olan Çex süleyman daşı və büllurla bəzədilmiş eksponat nümayiş olunur. Məşhur ikona Pşemıslov kral sülaləsinin Zbraslav u Prahi ərazisində yerləşən nekropolundakı məbəd üçün 1350-ci ildə  hazırlanmışdır. 1660-cı ildə zərgər Dionis Miseroninin ailəsi tərəfindən bu ikona yenidən işlənmiş, onun üzərində çex süleyman daşı və büllurdan bəzək elementəlri əlavə olunmuşdur.