AMEA Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, t.ü.f.d. Fərhad Cabbarov 2013-cü il iyunun 4-7-də Rusiya Federasiyasının Moskva şəhərində keçirilən “Romanovlar sülaləsi: xeyriyyəçilik və mesenatlıq ənənələri” Beynəlxalq elmi konfransda iştirak etmişdir. Konfrans A.İ.Soljenitsın adına Rus Mühacirliyi Evi tərəfindən təşkil olunmuşdu.
Tədbirdə Azərbaycan nümayəndəsi ilə bərabər Rusiya, ABŞ, Almaniya, Kanada, Fransa, Ukrayna, Litva, Latviya alimləri iştirak edirdilər. F.Cabbarov konfransda “Bakıda İmperatriçə Aleksandra Fyodorovna adına rus-müsəlman qız məktəbi” mövzusunda elektron təqdimatla müşayiət olunan məruzə ilə çıxış etmişdir. Məruzədən sonra iştirakçıların suallarına cavab verildi. F.Cabbarov A.İ.Soljenitsın adına Rus Mühacirliyi Evinə Milli Azərbaycan Tarixi Muzeyinin nəşrlərini hədiyyə etmişdir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.