XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
12 İyun, 2013
Muzey əməkdaşı Zaqrebdə keçirilən treninqdə iştirak etmişdir

Muzey əməkdaşı Zaqrebdə Xorvatiyanın Zaqreb şəhərində keçirilən “Mədəni irs artefaktların vaxtlarrının müəyyənləşdirilməsində nüvə texnologiyalarının tətbiqi” ("Regional Training Course on Dating of Cultural Heritage artefacts using Nuclear Analytical Techniques") adlı treninqlərdə Milli Azərbaycan Tarixi Muzeyinin direktor müavini,


t.ü.f.d. Məhfuzə Zeynalova iştirak etmişdir. Nüvə Enerjisi Beynəlxalq Agentlik (İAEA, Vyana) və Ruder Boşkoviç İnstitutu (Zaqreb) tərəfindən təşkil olunmuş treninqdə 16 ölkənin nümayəndəsi iştirak etmiş, burada Azərbaycanı M.Zeynalova ilə bərabər AMEA Radiasiya Problemləri İnstitutunun əməkdaşı İ.Nuruyev də təmsil etmişdir. Treyninqin proqramına mədəni irs əşyalarının qorunmasında nüvə texnologiyalarının tətbiqi, müasir tələblərə cavab verən Zaqreb Restavrasiya Mərkəzində təcrübə mübadiləsi daxil idi. Əməkdaşlar eksponatların restavrasiya, konservasiya və vaxtının müəyyənləşdirilməsində dünyanın aparıcı muzeyləri tərəfindən tətbiq olunan texnologiyalarla tanış olmuşlar.

         Qürurverici faktdır ki, treyninqdə bir azərbaycanlı alim də iştirak etmişdir. Belə ki, Polşanın Geologiya İnstitutunda beynəlxalq layihə çərçivəsində işləyən kimya elmləri doktoru Dinara Abbasova rəsmi olaraq Polşanı treyninqdə təmsil edirdi.