XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
14 İyun, 2013
Milli Azərbaycan Tarixi Muzeyində xalça sərgisi

Milli Azərbaycan Tarixi Muzeyi2013-cü il 17-23 iyun tarixlərində Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi və Şərq Xalçaları üzrə Beynəlxalq Konfransın (İCOC), həmçinin “Azərbaycan xalçaları” İctimai Birliyinin üzvü Stefano İoneskonun təşkilatçılığı ilə keçirilməsi nəzərdə tutulmuş Xalça turu çərçivəsində Milli Azərbaycan Tarixi Muzeyində “Tarixdə Azərbaycan xalçaları” adlı sərgi təşkil olunmuşdur.


Sərgidə Muzeyin zəngin xalça kolleksiyasından seçilmiş, Azərbaycanın bütün xalça növləri və xalçaçılıq məktəblərinə aid,  XVIII- XX əsr Azərbaycan xalçaları və xalça məmulatları, həmçinin toxucu dəzgahı, qədim xalçaçılıq alətləri nmüayiş olunur.

Xalça turu çərçivəsində Azərbaycana gələn xarici qonaqları sərgi ilə iyunun 18-də tanış olacaqlar. Daha sonra sərgi ölkəmizin vətəndaşları və xarici turistlər üçün açıq olacaq.