XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
18 İyun, 2013
Xarici qonaqlar “Tarixdə Azərbaycan xalçaları” sərgisilə tanış oldular

Milli Azərbaycan Tarixi Muzeyiİyunun 18-də dünyanın tanınmış xalçaçı alimləri Milli Azərbaycan Tarixi Muzeyində təşkil olunmuş “Tarixdə Azərbaycan xalçaları” adlı sərgi ilə tanış olmuşlar.


Qonaqları salamlayan Muzeyin direktoru, akademik Nailə Vəlixanlı onları sərgiyə dəvət etmiş, Muzeyin xalça kolleksiyasının yaranması tarixi barədə məlumat vermişdir. Qonaqlar sərgidə nümayiş olunan Azərbaycanın bütün xalça növləri və xalçaçılıq məktəblərinə aid,  XVIII- XX əsr Azərbaycan xalçaları və xalça məmulatları, həmçinin toxucu dəzgahı, qədim xalçaçılıq alətləri ilə tanış olmuş, mövcud eksponatların Azərbaycanda tarixən xalçaçılıq sənətinin yüksək səviyyədə olmasını xüsusi qeyd etmişlər.

Daha sonra qonaqlar Muzeyin daimi ekspozisiyası, həmçinin H.Z.Tağıyevin ev-muzeyi ilə tanış olmuşlar. Sonda qonaqlara “Azərbaycan xalçaları” və “Azərbaycan xalça məmulatı” açıqçalar toplusu hədiyyə olunmuşdur.  

Qeyd etmək lazımdır ki, “Tarixdə Azərbaycan xalçaları” sərgisi 2013-cü il 17-23 iyun tarixlərində Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi və Şərq Xalçaları üzrə Beynəlxalq Konfransın (İCOC), həmçinin “Azərbaycan xalçaları” İctimai Birliyinin üzvü Stefano İoneskonun təşkilatçılığı ilə keçirilməsi nəzərdə tutulmuş Xalça turu çərçivəsində təşkil olunmuşdur.