XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
19 İyun, 2013
20 iyun - Ümumdünya Qaçqınlar Günüdü

20 iyun - Ümumdünya Qaçqınlar GününüHər il iyun ayının 20-də BMT Ümumdünya Qaçqınlar Gününü qeyd etməklə bütün dünyanı qaçqınların və məcburi köçkünlərin vəziyyətinə diqqət ayırmağa çağırır. Ümumdünya Qaçqınlar Günü 2000-ci il 4 dekabr tarixində BMT Baş Assambleyası tərəfindən yekdilliklə qəbul olunmuş qətnamə ilə müəyyən edilmişdir.


20 iyunda qaçqınların və məcburi köçkünlərin cəsurluğu, mətanət və iradəsi qeyd olunmaqla onlara mənəvi dəstək verilir. Bu gün BMT QAK 6300 nəfər heyətlə 120 ölkədə fəaliyyət göstərir. Heyətin 80 faizdən çoxu dünyanın müxtəlif yerlərindəki sahə ofislərində, tez-tez isə ailələrindən ayrı, çətin şərtlər altında çalışır. BMT-nin açıqlamasına görə dünyada 15.4 milyon qaçqının beşdə dördü kasıb ölkələrin payına düşür. Qaçqınların ümumi sayının dördə birindən bir qədər çox isə 3 ölkəyə - Pakistan, İran və Suriyaya aiddir. Bu göstəriciyə Şimali Afrika və Yaxın Şərqdə baş verən son ixtişaşlardan qaçqın düşən insanlar daxil edilməmişdir. Onların sayı isə artmaqda davam edir. Dünya qaçqınları sırasında Azərbaycanın da 20 faiz torpaqları erməni yaraqlıları tərəfindən işğal edilib. Bu işğal nəticəsində 1 milyondan artıq azərbaycanlı öz yurd-yuvasından qaçqın düşüb. Azərbaycanda BMT QAK-ın 20 nəfərlik heyəti qaçqın və sığınacaq axtaran şəxslərə zəruri maddi yardımın göstərilməsi və mümkün olduqca fəal şəkildə davamlı həll yollarını təmin etməkdən ibarətdir. Azərbaycan hökumətinin 250 mindən çox qaçqının inteqrasiya edilməsi və yarım milyondan artıq məcburi köçkünün yaşayış şəraitinin yaxşılaşdırılması BMT-nin Qaçqınlar üzrə Ali Komissarı və BMT Baş Katibinin məcburi köçkünlərin hüquqları üzrə xüsusi nümayəndəsi tərəfindən təqdirəlayiq hal kimi qiymətləndirilmişdir. Təşkilat məcburi köçkünlərin hələ də üzləşdikləri humanitar problemlərin aradan qaldırılmasında və onların hüquqlarının, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli nəticəsində öz doğma yurdlarına qayıtma hüququnun qorunması sahəsində hökumətin səylərinə fəal şəkildə qoşulmuş və dəstək vermişdir. 20 iyunda biz dünya qaçqınlarını yada salır, həyata ruhlandırır, onlara mənəvi dəstək göstəririk. Bu şərəf və ləyaqətini ən çətin şəraitdə qorumaq üçün mücadilə edən didərgin və yurd yuvasından məhrum olmuş insanların həmrəyliyi günüdür. Ümumdünya Qaçqınlar Günü münaqişələr nəticəsində doğma yurd yuvalarından didərgin düşənlərə dəstək olmaq üçün imkan yaradır. Ümumdünya Qaçqınlar gününün qeyd edilməsində əsas məqsəd dünya ictimaiyyətinin diqqətini bu insanların yaşadıqları ağır şəraitə cəlb etməkdir.