NETTY 2013 Milli internet mükafatı müsabiqəsində iştirak üçün 436 sayt müraciət etmiş, onlardan 339-u iştiraka qəbul edilmişdir.
1-10 iyun 2013-cü il tarixlərində Virtual Jüri və Ekspert Şurasının səsverməsi nəticəsində iştirakçı saytların ümumi sayından 50-dən çox sayt müsabiqənin son mərhələsinə seçilmişdi. Milli Azərbaycan Tarixi Muzeyinin rəsmi internet səhifəsi (http://azhistorymuseum.az/) 11 aprel 2013-cü il tarixindən “Mədəniyyət və incəsənət” nominasiyası üzrə mübarizəyə qoşulmuş, 11 iyun 2013-cü il tarixində müsabiqənin final mərhələsinə çıxmışdır.
NETTY 2013 Azərbaycanın Milli Internet Mükafatının qalibləri iyunun 18-də elan edilmiş, Beynəlxalq Muğam Mərkəzində mükafatın təntənəli təqdim etmə mərasimi olmuşdur.
Ölkənin ən böyük İT şirkətlərinin nümayəndələri, mükafatın nominantları, KİV nümayəndələri və çoxsaylı qonaqlar mərasimin iştirakçıları idi.
Aznet-də ən məşhur adamlar və layihələr tədbirdə bilavasitə iştirak etdilər. Tədbirin nəticəsinə dair video hesabat www.netty.az saytında yerləşdirilmişdir. Milli Azərbaycan Tarixi Muzeyi adından tədbirdə Muzeyin Xarici əlaqələr və sərgilərin təşkili şöbəsinin əməkdaşları Pərvanə Əzimova, Gözəlov Pərvin, Dadaşov Emin iştirak etmişlər. Nominant sertifikatı Muzeyin müsabiqəyə qatılmasının təşəbbüskarı və əsas ağırlığını çiyinlərində daşıyan Emin Dadaşova təqdim olunmuşdur.
NETTY-in milli İnternet-mükafatı - bütövlükdə Ümumdünya şəbəkəsinin və İT-bazarın milli seqmentinin inkişafına kömək üçün yaradılmış, informasiya texnologiyaları sahəsində birinci Azərbaycan peşəkar mükafatıdır və Milli Azərbaycan Tarixi Muzeyinin öz saytı ilə respublikanın 50 ən yaxşı saytı arasında tanınması qırurverici faktdır.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.