Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş “Qloballaşma prosesləri və Azərbaycan elmi” mövzusunda beynəlxalq elmi konfrans çərşivəsində Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan elminin inkişaf yolları” mövzusunda dəyirmi masa keçirilmişdir.
Belə ki, ictimai elmləri təmsil edən görkəmli xarici alimlər və onları müşayyət edən şəxslər Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyası ilə tanış olmuşlar. Xarici qonaqlar burada nümayiş olunan Azərbaycan xalqının zəngin tarixi və mədəni irsinin əyani nümunələri ilə valeh olduqlarını gizlətməmişlər.
Daha sonra Muzeyin Konfrans salonunda xarici və Azərbaycan alimlərin iştirak ilə “Azərbaycan elminin inkişaf yolları” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbir iştirakçılarını salamlayan Muzeyin direktoru, akademik Nailə Vəlixanlı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan elminə göstərdiyi qayğı və diqqətdən danışmış, onun 90 illiyi ilə bağlı keçirilən silsilə tədbrilərdə Azərbaycan Milli Elmlər Akademiyasının, o cümlədən Milli Azərbaycan Tarixi Muzeyinin fəal iştirak etdiyini vurğulamışdır.
Tədbirdə AMEA Rəyasət heyətinin üzvü Kamal Abdulayev, A.Bakıxanov adına Tarixi İnstitutunun direktoru Yaqub Mahmudov, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maya Rəhimova, Memarlıq və İncəsənət İnstitutunun direktoru Ertəgin Salamzadə, respublikanın tanınmış tarixçi, arxeoloq, etnoqraf, sənətşünas, muzeyşünas alimləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.