XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
28 İyun, 2013
«Azerbaijan aerlines» jurnalında Muzey materialları haqqında məqalə dərc olunub

«Azerbaijan aerlines» jurnalı«Azərbaycan Hava Yolları» QSC-nin rəsmi mətbu orqanı olan «Azerbaijan aerlines» jurnalının növbəti nömrəsində Milli Azərbaycan Tarixi Muzeyinin tunc dövrü eksponatlarına aid məqalə dərc olunmuşdur.


«Tunc dövrünün fantaziyaları» adlı rus və ingilis dillərində çap olunmuş məqalədə («Azerbaijan aerlines», 2013, № 4(23), s.66-68) Azərbaycan ərazisində aşkarlanmış qeyri-adi forma və naxıçları ilə seçilən unikal keramika nümunələri haqqında məlumat verilir.

Məqalənin tam mətni ilə saytın «Muzey KİV-də » bölümündə tanış olmaq olar.