XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
01 İyul, 2013
İspan dilində çap olunan «İrs-Herencia» jurnalında Muzey əməkdaşının Azərbaycan sikkələri haqqında məqaləsi dərc olunub

«İrs-Herencia» jurnalıİspan dilində çap olunan «İrs-Herencia» beynəlxalq jurnalının növbəti nömrəsində («İrs-Herencia», 2013, № 1(4), s.32-36) Muzeyin kolleksiyasında qorunan Azərbaycan sikkələri haqqında material dərc olunub.


Belə ki, müəllifi Muzeyin Numizmatika fondunun müdiri, tarix elmləri doktoru Əli Rəcəbli olan məqalədə Azərbaycan ərazisində sikkə tapıntıları, onların Azərbaycanın dövlətçilik, sənətkarlıq və ticarət tarixinin öyrənilməsində yeri və rolu haqqında məlumat verilir.

Məqalənin tam mətni ilə saytın «Muzey KİV-də » bölümündə tanış olmaq olar.