XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
02 İyul, 2013
Yapon dilində çap olunan «İrs-Наследие» jurnalında Muzey əməkdaşının məqaləsi dərc olunub

«İrs-Наследие» jurnalıYapon dilində çap olunan «İrs-Наследие» beynəlxalq jurnalının növbəti nömrəsində («İrs- Наследие», 2013, № 3, s.18-23) Muzeyin kolleksiyasında qorunan oraqvari yapon nizələri və dekorativ samuray dəbilqəsi haqqında material dərc olunub.


Belə ki, müəllifi Muzeyin Xarici əlaqələr və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d. Səbuhi Əhmədov olan məqalədə eksponatlar təsvir olunur, onların hansı növə və dövrə aid olmaları barədə və Azərbaycana gəlmə yolları haqqında fərziyyələr irəli sürülür.

Məqalənin tam mətni ilə saytın «Muzey KİV-də » bölümündə tanış olmaq olar.