XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
15 İyul, 2013
Muzeyin arxeoloji kolleksiyası zənginləşir

Qəbələdə qazıntılar 1 aprel - 30 iyun 2013-cü il tarixlərində AMEA-nın müxbir üzvü, t.e.d. prof. İ.A.Babayevin rəhbərliyi ilə Azərbaycanın qədim şəhərlərindən olan Qəbələdə qazıntılar aparan Qəbələ Beynəlxalq Arxeoloji Ekspedisiyası tərəfindən qədim və ilk orta əsrlərə aid bir sıra vacib arxeoloji materiallar aşkarlanmışdır.


Muzeyin Arxeologiya Elmi-Fond şöbəsinin kiçik elmi işçisi L.X.Mustafayevin iştirak etdiyi ekspedisiya tərəfindən Muzeyin Arxeologiya fonduna dəmirdən düzəldilmiş ikidişli döyüş yabası, iki ədəd dəmir bıçaq, tunc asma bəzək, tunc halqa hissəsi verilmişdir. Qeyd edək ki, əşyalar Qəbələ rayonu, Çuxur- Qəbələ kəndi, antik şəhər yerində olan e.ə. IV- b.e. III əsrlərə aid qəbirdən aşkar olunmuşdur. Həmçinin Qəbələ antik şəhər yerinin IV qazıntı sahəsindəki son tunc- erkən dəmir dövrünə aid təsərrüfat quyusundan aşkarlanmış təxminən 1 kq dənli bitki qalıqları (arpa) da Muzeyə verilmiş, bu qalıqların öyrənilməsi qədim Azərbaycanda təsərrüfat həyatının öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edirlər.