XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
16 İyul, 2013
Azərbaycanın Şən və Hazırcavablar klubunun (KVN) görkəmli aktoyoru, şoumen Bəhram Bağırzadə Muzeyə bir sıra eksponatlar bağışlamışdır

Bəhram Bağırzadə Azərbaycanın Şən və Hazırcavablar klubunun (KVN) görkəmli aktoyoru, şoumen, 1992-ci ildə ŞHK çempionu, 1995-ci ildə ŞHK Yay Kubokunun sahibi və FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun üzvü Bəhram Bağırzadə ŞHK fəaliyyəti ilə bağlı bir sıra eksponatları Milli Azərbaycan Tarixi Muzeyinə bağışlamışdır.


Eksponatlar sırasında Heydər Əliyev Sarayında “Planet Parni iz Baku – KVN”  Teatrının “Hər gün sirk” adlı solo konsertinin afişaları, Şən və hazırcavablar klubunun çıxışları ilə bağlı fotoşəkillər, həmçinin Bəhram Bağırzadənin iştirakı ilə çəkilən “Qorxma, mən səninləyəm” kino filminin fotoşəkilləri,  şəxsi əşyalar, o cümlədən məhşur aktyorun günlüyü üzərində «Лучшему Актеру- кепочнику КВН «Парни из Баку» 04.09.96.» yazılmış metal lövhəcik bərkidilmiş “məhşur” kepkası var. Hədiyyə olunmuş eksponatlar Azərbaycanın müasir incəsənətinin öyrənilməsi və qorunması baxımından vacib əhəmiyyət kəsb edir.