Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan tarixinin az öyrənilmiş səhifəsinə həsr olunmuş yeni kitab işıq üzü görmüşdür.
Belə ki, “Xəzər neftdaşıma donanması (1874-1917)” («Каспийский нефтеналивной флот (1874-1917)») adlı kitab uzun illər Muzeydə çalışmış, Azərbaycanda gəmiçilik tarixinin yorulmaz tədqiqatçısı, tarix elmləri namizədi Vyaçeslav Səmədov tərəfindən Azərbaycanın və Rusiyanın arxivlərində qorunan, indiyənədək araşdırılmamış sənədlər əsasında yazılmışdır. Müəllifin vaxtsız ölümü (V.Səmədov 1997-ci ildə vəfat etmişdir) kitabı çapa hazırlamağa imkan verməmişdir. 2013-cü ildə V.Səmədovun 70 illiyini nəzərə alaraq Muzey rəhbərliyi tərəfindən kitabın çapa hazırlanıb çap olunması qərara alınmışdır. Gərgin əməyin nəticəsində Azərbaycanda neft işi, Azərbaycanda gəmiçilik tarixi, həmçinin ümumi Azərbaycan tarixinin XIX əsrin sonu- XX əsrin əvvəllərinə aid dövrünün qaranlıq qalan məqamlarını işıqlandıran dəyərli monoqrafiya çap olunmuşdur. Kitabın elmi redaktoru və kitabın çapa hazırlanmaında əsas işi görmüş Muzeyin elmi katibi, t.ü.f.d. Fərhad Cabbarovdur.
Muzey V.Smədovun 70 illiyi ilə bağlı tədbirlər çərçivəsində kitabın geniş ictimaiyyət üçün təqdimatının keçirilməsini planlaşdırır.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.