Azərbaycan vətəndaşları və ölkəmizin qonaqlarını vətən tarixi ilə tanış edən Milli Azərbaycan Tarixi Muzeyində ekspozisiya işi daim təkmilləşməkdədir.
2013-cü ilin I yarısında Azərbaycanın qədim, orta əsrlər, yeni və Xalq Cümhuriyyəti dövrlərini, Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətini əks etdirən ekspozisiyanın daimi təkmilləşdirilməsi və yeniləşdirilməsi, müxtəlif mövzularda sərgilərin qurulması işi çərçivəsində Arxeologiya elmi fond şöbəsinin əməkdaşları ekspozisiyanın 40 vitrinində nümayiş olunan 1100-dən artıq arxeoloji materialın inventarizasiyasını aparmış, onların elektron pasportlarını tərtib etmişlər. Numizmatika elmi fond şöbəsinin əməkdaşları vitrinlərdə nümayiş olunan 150 ədəd sikkəni təmizləmişlər. Azərbaycan tarixinin elmi ekspozisiyası şöbəsinin əməkdaşları vitrin və posterlərdəki Azərbaycan və ingilis dillərində olan annotasiyaların yoxlanılması və yenilərinin tərtibatı işini aparmışlar. “Şirvanşahlar dövlətində sikkə zərbi” və “XIX əsrdə Azərbaycanda dini maarifçilik hərəkatına dair” elektron təqdimatlar hazırlanmışdır.
Iyunun 1-də Milli Azərbaycan Tarixi Muzeyində “Çexiya Milli Muzeyinin kolleksiyasından ibarət “Çexiya süleyman daşı” sərgi açılmışdır. Bu sərgi Milli Azərbaycan Tarixi Muzeyi və Çexiya Respublikasının Milli Muzeyi tərəfindən, Çexiya Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, ölkəmizin Praqadakı səfirliyinin və Çexiyanın Bakıdakı səfirliyinin dəstəyi ilə təşkil olunmuş və Çexiyanın mineraloji rəmzi sayılan “süleyman daşı” (qranat) mineralına həsr edilmişdir. Sərgi sentyabrın 25-dək davam edəcəkdir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.